♫musicjinni

Dəhşətli qəzada ölən 3 qadın 2 kişi ad günündən qayıdırmış. Kim olduqları müəyyənləşdi!

video thumbnail
Avqustun 25-i səhər saatlarında Qubada beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının necə baş verdiyi və ölənlərin kimliyi məlum olub.
Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı 3 qadın iki kişi hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən aprılan ilkin araşdırmalara görə, Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə həmin maşında olan sürücü Nəriman Süleymanov və sərnişinlər Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.
Şahidlərin dediyinə görə hadisə sürücü Nəriman Süleymanovun Qubada qeyd olunan doğum günü partisindən qayıdan zaman baş verib.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri deformasiyaya uğrayan avtomobildən meyitləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Dəhşətli qəzada ölən 3 qadın 2 kişi ad günündən qayıdırmış. Kim olduqları müəyyənləşdi!

DƏHŞƏTLİ YOL QƏZASI

Disclaimer DMCA